SON XƏBƏRLƏR

“İrandan qaz borusunun çəkilməsi üçün ABŞ-ın bizə icazə verməsi lazım deyil”- İslamabad

2024.03.22, 11:52
“İrandan qaz borusunun çəkilməsi üçün ABŞ-ın bizə icazə verməsi lazım deyil”- İslamabad

Pakistan XİN sözçüsü İrandan təbii qaz idxalı məqsədilə boru xəttinin çəkilmsi üçün ABŞ-ın sanksiya güzəşti və icazə verməsi üçün İslamabadın gözləməyəcəyini deyib.

Gunaz.tv

Mümtaz Zəhra Bəluc bu barədə Amerikanın Səsi XA-liyi ilə müsahibəsində bildirib.

Məlumata əsasən Cənubi və Mərkəzi Asiya İşləri üzrə ABŞ dövlət katibinin köməkçisi Donald Lu martın 19-u İran ilə Pakistan arasında planlaşdırılmış boru xəttinin çəkilməsinin Amerika tərəfindən nəzarətdə saxlanıldıını deyib.

Lu həmçinin əlavə edib ki, İslamabad İranla qaz ticarəti üçün sanksiyalara güzəşt xahişi təqdim etməyib.

Pakistan XİN sözçüsü Zəhra Bəluç bu ifadələrə reaksiya olaraq deyib: “Bizim fikrimizcə xəttin çəkilməsi üzrə heç bir mübahisə yeri və üçüncü tərəfin buna göz yummasına ehtiyac yoxdur”.

Xatırladaq ki, İslamabad və Tehran təxminən 1995-ci ildən iki ölkə arasında qaz borusunun çəkilməsi üçün danışıqlar başlayıblar.

 Lakin Pakistanın sanksiyalar tətbiq olunacağını düşündüyündən proyektin icrası yubadılıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar