SON XƏBƏRLƏR

KİV: İran PKK terror təşkilatını PUA-larla təchiz edir

2024.03.23, 12:39
KİV: İran PKK terror təşkilatını PUA-larla təchiz edir

İran PKK terror təşkilatını "Merac" kamikadze pilotsuz uçan aparatlarla təchiz edib.

Gunaz.tv

Bu barədə "Middle East Eye" saytı bölgədəki mənbələrinə istinadən məlumat yayıb.

Saytın yazdığına görə, Türkiyə rəsmisi bu xəbəri təsdiqləyib və PKK-nın kamikadze dron sistemləri almağa çalışdığını bildirib.

Ötən bir neçə gün ərzində bölgədəki bəzi mənbələr İranın PKK terror qruplaşmasına pilotsuz uçuş aparatlarına qarşı silahlar təhvil verdiyini açıqlayıb.

Bir müddət əvvəl bu terror qruplaşmasının lideri Murad Kara Yılan Türkiyə ordusunun pilotsuz təyyarələrinin hücumlarının qarşısının alınması ilə bağlı yaxın vaxtlarda sevindirici xəbərlər verəcəyini bildirmişdi.

Qeyd edək ki, Murad Karailanın İran və SEPAH-la yaxın əlaqələri var və bu terror qruplaşmasının içindən olan mənbələr onun İnqilab Keşikçiləri Korpusunun xəbəri olmadan əməliyyatlar keçirmədiyini iddia edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar