SON XƏBƏRLƏR

Narazı urmulu müəllim barədə həbs qərarı çıxarıldı

2024.03.29, 13:03
Narazı urmulu müəllim barədə həbs qərarı çıxarıldı

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərinin İnqilab Məhkəməsi azərbaycanlı müəllim və ictimai fəal Kərim Bostançı barədə yenidən qərar çıxarıb.

Gunaz.tv

O, 3 ay həbs, 15 milyon tümən cərimə, elektron avadanlıqlarının dövlətin xeyrinə müsadirəsi cəzasına məhkum edilib.

Bununla yanaşı onun müəllim kimi fəaliyyət göstərməsinə qadağa qoyularaq məcburi məzuniyyətə buraxılıb.

Qeyd edək ki, 50 yaşlı azərbaycanlı müəllim bundan əvvəl Təhsil Nazirliyinin siyasətlərini tənqid etdiyinə, müəllimlərə qarşı repressiyaları pislədiyinə görə təqib olunub.

İnqilab Məhkəməsi Kərim Bostançını "vəzifəli şəxsləri təhqir etmək", "təhsil sistemini və hicab qaydalarını tənqid etmək", “qanunsuz olaraq müəllimlər həmkarlar ittifaqı təşkilatlarının fəallarına dəstək vermək”də günahlandırıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar