SON XƏBƏRLƏR

Şorabildə ekoloji problem- Göl zəhərli tullantılarla çirkləndirilir

2024.04.01, 15:03
Şorabildə ekoloji problem- Göl zəhərli tullantılarla çirkləndirilir

Yerli ekofəalların yaydığı məlumata görə zəhərli sənaye tullantıları Ərdəbilin görməli yerlərindən olan təbii Şorabil gölünə axıdılır.

Gunaz.tv

Onlar kimyəvi sənaye tullantıları ilə yanaşı xəstəxanaların tibbi tullantıları da gölə atıldığını bildiriblər.

Fəallar göldə olan su canlıları, çox sayda mövsimi və daimi quş növlərinin öldüyünü yazıblar.

Qeyd edək ki, İranda yeganə şəhər daxili təbii göl olan Şorabil Ərdəbil əyalətinin mühüm turizm imkanlarından biridir və təbii irs sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Şəhərin 3 kilometr cənbunda, 1 kilometr uzunluğu, 500 metr eni və 180 hektar ümumi sahəsi olan göl dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir.

Geoloji tədqiqatların nəticələrinə görə Şorabil gölü, Urmiya gölündən daha qədim olan Şorabil 2023-cü ilin iyun ayında milli əsərlər siyahısına salınıb.

Buna baxmayaraq təbiət abidəsinin qorunması ilə bağlı təklif olunan layihələr həyata keçirilməyib.

GüazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar