SON XƏBƏRLƏR

İranın Suriyadakı iclasları barədə İsrail məlumatlı olur

2024.04.03, 10:10
İranın Suriyadakı iclasları barədə İsrail məlumatlı olur

İrana bağlı qüvvələrin, xüsusilə SEPAH komandirlərinin Suriyada keçirdikləri iclaslardan İsrail əvvəlcədən məlumatlı olur.

Gunaz.tv

Bu günə kimi bununla bağlı məlumatlar yayılsa da, bu, hökumətə bağlı media və şəxslər tərəfindən təsdiq edilməmişdi.

Aprelin 1-də İsrail aviasiyasının Dəməşqdə SEPAH-ın Qüds qüvvələrinin istifadə etdiyi binaya hücumundan sonra İran parlamentinin üzvü Əlirza Pakfitrət İsrailin məlumatlılığı barədə çıxış edib.

"İsrail Suriyada keçirdiyimiz iclaslar barədə əvvəlcədən məlumatlı olur, buna görə də, dəyərli kadrlarımızın həyatını qorumaq üçün bu iclasları Suriyadan başqa ölkələrdə keçirməliyik. Təəssüflər olsun ki, biz bir sıra təcrübəli hərbi qüvvələrimizi itirdik və bu məsələ İslam İnqilabı Keşikçiləri Korpusunukadrlarının itirilməsinin qarşısını almaq üçün lazımi tədbirləri düşünməyi tələb edir",- parlament üzvü deyib.

Qeyd edək ki, aprelin 1-də İsrailin müdafiə ordunun Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində ikisi general olmaqla 7 SEPAH komandiri həlak olub.

İsrail binanın konsulluq olmadığını və SEPAH-ın Qüds qüvvələrinin istifadə etdiyi qərargah olduğunu bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar