SON XƏBƏRLƏR

"Problem yarananda üstünü örtmürlər, çıxış yolu axtarırlar"- Kərim İsmayılzadə

2024.04.03, 12:14
"Problem yarananda üstünü örtmürlər, çıxış yolu axtarırlar"- Kərim İsmayılzadə

Kərim Boksor kimi tanınan Güney Azərbaycanın milli-mədəni aktivisti idmançı Kərim İsmayılzadə video paylaşaraq güneyli aktivistlərin istəklərinə hakimiyyətin diqqət ayırmasını tələb edib.

Gunaz.tv

O, Azərbaycan milli hərəkatının aktivistlərini siyasi və sosial savad baxımdan cəmiyyətin sensurlarına oxşadarq onlar tərəfindən Urmu gölünün quruması və Araz çayının çirkləndirilməsi barədə xəbərdarlıq etdiklərini xatırladıb. 

“Hakimiyyət onların tələbləri barədə tədbir görmək əvəzinə məsələni inkar edir və erməni qardaşları ilə əlaqələrini davam etdirir. Sonra Araz çayının çirkləndirildiyi barədə etirazlar nəticəsində Ermənsitanla danışıqlara başlamalı olur”. 

Aktivist sözlərinin davamında deyib: “problemin həlli yolu tələb irəli sürənləri həbs etmək deyil. Cəmiyyətdə problem yarananda heç vaxt üstünü örtmürlər, çıxış yolu axtarırlar. 

Biz dəfələrlə demişik ki, bizim istəyimiz azadlıq, ədalət və milli hökmətdir, Azərbaycan üçün canımızdan da keçərik və istəyimizdən geri durmarıq”.

Qeyd edək ki, Kərim İsmayılzadə Güney Azərbaycanda ətraf mühit faicələri barədə məlumat yaydığına görə 6 ayadək həbsə məhkum olunub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar