SON XƏBƏRLƏR

İsrail niyə indi zərbə vurdu? – İran çıxılmaz vəziyyətdə

2024.04.03, 14:39
İsrail niyə indi zərbə vurdu? – İran çıxılmaz vəziyyətdə

Dekabr ayından başlayaraq İsrailin Suriyada İranın mövqelərinə endirdiyi zərbələr nəticəsində İslam İnqilab Keşikçilər Korpusunun (oxu: SEPAH terror təşkilatı) 18 üzvü öldürülüb. Lakin bu müddət ərzində İran birbaşa İsrailin mövqelərinə zərbə endirməyib, əvəzində bölgədəki proksi qüvvələrə dəstəyini artıraraq İsrailə qarşı mübarizə aparmağa üstünlük verir.

Gunaz.tv

Ekspertlərin fikrincə, Dəməşqdəki konsulluğuna ölümcül zərbə İranı birbaşa hərəkətə keçməyə məcbur edə bilər. İran rəsmiləri, həmişə olduğu kimi, qisas alacaqlarına söz veriblər. Tehranın təhtidləri ümumiyyətlə boş olsa da, analitiklər hesab edirlər ki, İran rejiminin bu dəfə cavab verməkdən başqa çıxış yolu yoxdur.

İsraildə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) analitiki Raz Zimmt bildirib ki, vurulan bina ABŞ tərəfindən terror təşkilatı kimi tanınan SEPAH-ın qanadı olan Qüds Qüvvələri tərəfindən istifadə edilib.

O, hücumun İsrailin “öldürücü zərbə endirməklə İranla münasibətləri gərginləşdirmək və İrana cavab zərbəsi endriməkdən başqa çıxış yolu qoymamaq” strategiyasının tərkib hissəsi olduğunu söylədi.

İranın dəstəklədiyi “Müqavimət Oxu” İsraili hədəf alır, hətta Yəmənin husi üsyançılarından istifadə edərək dəniz blokadası tətbiq etməyə çalışırdı.

İsrail, “Müqavimət Oxu”-nu təşkil edən proksi qrupları vurmaqla cavab verdi, lakin xüsusilə dekabr ayından bəri SEPAH-ın mövqelərinə hücumlarını artırdı.

İsrailin Suriyadakı İran diplomatik obyektinə zərbə endirməsi, “Müqavimət Oxuna dəstəyin davam etməsi daha ağır nəticələr verə bilər” mesajı anlamına gəlir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar