SON XƏBƏRLƏR

"Azərbaycan tarixi torpaqları barədə kimsəyə güzəştə getməyəcək"- güneyli aktivist

2024.04.03, 16:15
"Azərbaycan tarixi torpaqları barədə kimsəyə güzəştə getməyəcək"- güneyli aktivist

Tanınmış güneyli aktivist və yazıçı Əkbər Azad Azərbaycan xalqının özünə tanıdığı haqq-hüququ başqa xalqlara da tanıdığını, lakin Azərbaycanın tarixi torpaqlarına göz tikənlər barədə əsla güzəştə gedilməyəcəyini deyib.

Gunaz.tv

O, Abbas Lisnainin mənzilində digər güneylilərin iştirakı ilə baş tutan görüşdə Güney Azərbaycanın hüquqları üzrə təşkilatlanmanın əhəmmiyyəti barədə danışıb.

“Təşkilat formasına fəaliyyət göstərmək və təşkilatlanmaq xalqımızın haqq və hüquqlarını almaq istiqamətdə vacib bir məsələdir. Lakin beynəlxalq qurumlarda xalqımızın təmsil oluna bilməsi üçün təşkilat qurmaq prosesi şəffaf və demokratik şərtlər əsasında olunmalıdır”

Aktivist Azərbaycan xalqının tarixin müəyyən çağlarında kürdlərə mənsub terrorist qruplar tərəfindən soyqırıma məruz qaldığını deyib. 

“Mühacir kürdlər bir neçə on il ərzində qonşu ölkələrdən Azərbaycana sığınıblar. 

Onlar Azərbaycan xalqının onlara sayğı ilə yanaşmasından öz çirkin məqsədləri üçün istifadə etməməli, Azərbaycanın ərazi bötüvlüyünü tanımalı və sayğı ilə yanaşmalıdırlar. 

Əks halda İraqda çaxnaşmalar nəticəsində Azərbaycana sığındıqları kimi, gəldikləri yerlərinə qayıtmalıdırlar.”

Xatırladaq ki, İran-İraq müharibəsi zamanı Səddam Hüseyn rejimi tərəfindən kürd xalqına təzyiq nəticəsində onlardan təxminən 70 min nəfəri Güneyin müxtəlif şəhərlərində, o cümlədən Urmuda yerləşdirilib. 

Kürdlərin məhz Güneydə yerləşdirilməsində məqsəd isə İran hakimiyyətinin məkrli siyasətləridir. Belə ki, rejim Güney Azərbaycanda etnik tərkibi türklərin ziyanına dəyişdirməyə çalışır. 

Mühacirlər hal hazırda Qərbi Azərbaycan, xüsusilə Urmuya torpaq iddiaları ilə çıxış edirlər. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar