SON XƏBƏRLƏR

Almaniya XİN-i İranla bağlı bəyanat yaydı - Repressiyada rolu olanlar cəzalandırılmalıdır

2024.04.05, 10:53
Almaniya XİN-i İranla bağlı bəyanat yaydı - Repressiyada rolu olanlar cəzalandırılmalıdır

Almaniyanın Xarici İşlər Nazirliyi İranda insan haqlarının pozulması və repressiyalarla bağlı bəyanat yayıb.

Gunaz.tv

Bu barədə Almaniya radiosunun fars bölümü məlumat verib.

Bu, aprelin 4-də BMT İnsan Hüquqları Şurasının Faktaraşdırıcı Komitəsinin mandatının və BMT-nin İnsan Haqları Şurasının İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanının mandatının uzadılmasından sonraya təsadüf edir.

"İranda insan haqlarının pozulması və bu sahədə fəlakətli vəziyyətin yaranmasına görə məsul olanlar cəzasız qalmamalıdır. Biz İran xalqını tək qoymayacayıq. Onların taleyi ilə bağlı məsuliyyət daşıyırıq",- bəyanatda bildirilib.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasına üzvü olan ölkələr aprelin 6-da qətnamə qəbul edərək, bu təşkilatın İranda insan haqları üzrə xüsusi məruzəçisi və Birləşmiş Millətlər Təşkilatının Faktaraşdırıcı Komitəsinin missiyasınının daha 1 il il uzadılmasına qərar veriblər.

İnsan Haqları Şurası Cenevrədə keçirilən 55-ci iclasında İranda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsinə səs verib və qətnamə sonda 24 müsbət, 8 mənfi səs və 15 bitərəf olmaqla təsdiqlənib.

Qətnamədə həmçinin müstəqil beynəlxalq Faktaraşdırıcı Komitənin 2022-ci ilin etirazları ilə bağlı insan hüquqlarının pozulması hallarını, xüsusən də qadınlar və uşaqlarla bağlı araşdırmaların aparılması missiyasının vacibliyi vurğulanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar