SON XƏBƏRLƏR

İrançı dairələrin şikayətlərinə görə güneyli aktrisanın İnstaqram səhifəsi bağlandı

2024.04.05, 14:21
İrançı dairələrin şikayətlərinə görə güneyli aktrisanın İnstaqram səhifəsi bağlandı

Təbriz şəhərindən olan xanım Sana Fərəcinin İnstaqram səhifəsi Azərbaycana zidd və İrançı qüvvələrin şikayətlərinə görə İranın məhkəmə rəsmiləri tərəfindən bağlanıb. 

Gunaz.tv

Sana Fərəci Azərbaycan türklərinin mədəniyyəti və kimliyi ilə bağlı video paylaşımlarına görə İrançı qüvvələrin qəzəbinə tuş gəlib. 

Belə ki, İran hakimiyyətinə bağlı İrançı dairə “Azəriha” qrupunun başçılandan biri olan Ə.Şişgilani həmin paylaşımlar barədə şikayət edib. 

Şişgilani “X” sosial şəbəkəsində xanım Fərəcinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması və ona təzyiq göstərilməsini tələb edib. 

Nəticədə Fərəcinin İnstaqram hesabı müvafiq məhkəmə rəsmisinin göstərişi ilə bağlanıb. 

Şişgilani həmçinin Təbriz şəhəri Şairlər Məqbərəsinin Azərbaycan rəqsi və mədəniyyətinin təqdim edildiyi məkana çevrilməsinə icazə verildiyindən qəzəblənərək Sana Fərəcini “striptizçi” adlandıraraq təhqir edib. 

Xatırladaq ki, güneyli aktivistlərin əleyhinə belə hallar ilk dəfə müşahidə olunmur. 

Misal olaraq Novruz bayramı günlərində Təbriz şəhəri Bələdiyyəsi tərəfindən baxışa qoyulmuş 24 Oğuz tayfasının damğalarını əks etdirən yumurta maketi panfarsist və İrançı dairələrin təzyiqi və propaqandası ilə yığışdırılmışdır.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar