SON XƏBƏRLƏR

İraq kürdlərinin Güney Azərbaycana köçürülməsinin ildönümüdür

2024.04.05, 16:00
İraq kürdlərinin Güney Azərbaycana köçürülməsinin ildönümüdür

Bu gün yüzminlərlə İraq kürdünün Güney Azərbaycanın qərb bölgələrinə, Qərbi Azərbaycan əyalətinə köçürülməsinin ildönümüdür.

Gunaz.tv

1991-ci ilin bu günündə, İraq hakimiyyətinin zəifləməsindən istifadə edən kürdlər mərkəzi hakimiyyətə qarşı silahlı üsyana əl atdıqları üçün Bağdad hökumətinin sərt reaksiyası ilə qarşılaşdılar.

İraq ordusu və silahlı kürd dəstələri arasında baş verən qanlı qarşıdurmalardan sonra İraqın şimalında yaşayan kürdlər qruplar halında Güney Azərbaycanın qərb bölgələrinə köçməyə başladılar.

İran hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə həmin qruplar daha çox Azərbaycanın Sulduz, Piranşəhr bölgələrində, qismən isə Urmu ətrafında yerləşdirildilər.

Onların müvəqqəti sığınacaq axtardıqlarını düşünən azərbaycanlılar, qaçqınların yerləşdirilməsi və vacib ləvazimat, ərzaqla təmin edilmələrində misilsiz qonaqpərvərlik göstərdilər.

Ancaq Tehran rejimi yaranmış şərayiotdən mümkün qədər istifadə edərək, kürdlərin Azərbaycan torpaqlarında daimi yerləşmələrinə imkan verib, şərayit yaratdı.

Mərkəzi hakimiyyət hal-hazırda həmin qaçqınlardan Azərbaycanda etnik tərkibin dəyişdirilməsi üçün maksimum istifadə edir.

Martın 1-də İranda 12-ci çağırışş parlament seçkilərində Urmu şəhərindən parlamentə göndərilən 3 millət vəkilinin ikisinin kürd olması, hakimiyyətin Azərbaycana qarşı qeyd olunan planının tərkib hissəsidir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar