SON XƏBƏRLƏR

 Təbrizdə Azərbaycan bayrağı qaldıran gənclər saxlanılıb

2024.04.08, 10:53
 Təbrizdə Azərbaycan bayrağı qaldıran gənclər saxlanılıb

Aprelin 3-də Təbrizin "Səhənd" (Yadiqare İmam) stadionunda Təbrizin "Traxtur" və İsfahanın "Sepahan" futbol komandaları arasında keçirilən görüşdə Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran "Həmşəhri" qəzeti məlumat yayıb.

"Bu, Azərbaycanla İran arasında gərginliyin davam etdiyi bir vaxtda baş verib. Bir sıra mənbələr həbs edilənlərin pantürkist cərəyanlara mənsub olduğunu bildirir",- deyə qəzet yazıb.

Saxlanılanların kimliyi və hara aparıldıqları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 100 min nəfər azarkeşin iştirak etdiyi qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

Stadion ətrafında və stadionda toplaşan azarkeşlər Azərbaycan türkcəsində şüarlar səsləndirib, plakatlar qaldırıblar.

"Hamı Traxturçudur, Təbriz haman Urmudu", bu torpaqdan pay olmaz", "Urmu Azərbaycanın ürəyidir" və başqa bu kimi şüarlar səsləndiriblər.

Stadionda Azərbaycan və Türkiyə bayraqlarının qaldırılması azarkeşlərin alqışları ilə müşayiət olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar