SON XƏBƏRLƏR

İranda 12 bəhai vətəndaş mühakimə olunacaq

2024.04.08, 14:11
İranda 12 bəhai vətəndaş mühakimə olunacaq

Qaimşəhr rayonu sakinləri olan 12 bəhai ayrıca bildirişlər alaraq mühakimə proseslərinin aprelin 16-dan may ayının 7-dək Sari şəhərinin məhkəməsində keçiriləcəyi qeyd olunub.

Gunaz.tv

Məlumata əsasən onlarla birgə eyni iş üzrə ittiham olunun digər 3 bəhai barəsində 30-40 milyon tümən cərimə qərarı çıxarılıb.

Bildirişdə onların “İslamın müqəddəs şəriətinə zidd olan təlim və təbliğ fəaliyyəti” ittihamları ilə mühakimə olunacaqları qeyd olunub. 

Xatırladaq ki, İnsan Haqları Müşahidə Təşkilatı aprelin 1-də nəşr etdiyi hisabatında "İran hakimiyyətinin bəhailərə təzyiqini insanlığa qarşı cinayət” kimi qiymətləndirib.

Təşkilatın hesabatı “boynumun üstündə botinka: İran rəsmilərinin bəhailərə təzyiqlər və cinayətləri” başlığı ilə nəşr olunub.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar