SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda PKK terror təşkilatına yaxın şəxs həbs edilib

2024.04.09, 13:20
Qərbi Azərbaycanda PKK terror təşkilatına yaxın şəxs həbs edilib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində PKK terror təşkilatına simpatiyası və Azərbaycan torpaqlarına ərazi iddiasını yayması ilə tanına media fəalı həbs edilib.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Bildirilib ki, "Urmuiya24" sosial media kanalının admini olan Rəsul Gəlleban təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Qeyd edək ki, adı çəkilən sosial media kanalı kürdlərin Qərbi Azərbaycan əyalətinə torpaq iddialarının yayılmasında fəal idi.

Bir sıra media fəalları Rəsul Gəlləbanın təhlükəsizlik qüvvələri ilə əlaqəli işlədiyi və məqsədli şəkildə azərbaycanlılarla kürdlər arasında münqaişəni qızışdırdığını yazıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar