SON XƏBƏRLƏR

Milli fəalın həbs müddəti uzadıldı

2024.04.10, 09:45
Milli fəalın həbs müddəti uzadıldı

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan milli-mədəni fəal Mürtəza Pərvinin müvəqqəti həbs müddəti uzadılıb.

Gunaz.tv

O, bu barədə ailəsi ilə telefon danışığında məlumat verib.

M.Pərvinin dediyinə görə, qərar Tehranın Ümumi və İnqilab Prokurorluğunun 5-ci istintaq bölməsinin müstəntiqi Nasir Cəlayir Sərnəqi tərəfindən verilib.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

İnsan haqları müdafiəçilərinin yaydığı məlumata görə, Evin həbsxanasında saxlanılan başqa fəalların barəsində isə dəqiq məlumat verilmir.

Ayda Sədiqi, Fatimə Atəşi, Süheyla Əsgəri, Səid Camalzadə, Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Tahir Nəqəvi və Kərəm Mərdanənin də barələrində çıxarılan həbs qətimkan qərarının uzadılacağı ehrimal edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar