SON XƏBƏRLƏR

Əhvazda siyasi məhbusların saxlanıldığı palataya hücum edilib

2024.04.10, 11:25
Əhvazda siyasi məhbusların saxlanıldığı palataya hücum edilib

Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin "Şeyban" həbsxanasında hökumətin xüsusi qüvvələri siyasi məhbusların saxlanıldığı palataya hücum edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatı "Karun" məlumat yayıb.

Siyasi məhbusların saxlanıldığı 5-ci bölmədə axtarış aparıldığı, məhbusların döyüldüyü və onlara məxsus şəxsi əşyaların dağıdıldığı bildirilib.

Hüquq müdafiəçiləri hücumun həbsxana rəhbəri Məhəmməd Niyazinin göstərişi ilə edildiyini deyiblər.

Qeyd edək ki, Əhvaz şəhərinin 12 kilometrliyində yerləşən Şeyban həbsxanasının 3500 nəfər tutumu olsa da, orada 5 min məhbus saxlanılır.

Bu həbsxana ağır şərayiti və məhbusların acınacaqlı vəziyyətdə saxlanılmasına görə İranın ən qorxulu həbsxanalarından biri hesab edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar