SON XƏBƏRLƏR

Əli Xamənei yenidən İsraili təhdid etdi

2024.04.10, 12:43
Əli Xamənei yenidən İsraili təhdid etdi

İranın rəhbəri Əli Xamənei İsrailin Dəməşqdə SEPAH zabitlərinin öldürülməsi ilə nəticələnən aviazərbəsi barədə növbəti dəfə çıxış edib.

Gunaz.tv

O, bu günkü çıxışında İsrailin hücumununun səhv olduğunu deyib və buna görə İsraili cavab hücumu ilə hədələyib.

"İsrail cəzalandırılmalıdır və cəzalanacaq. Sionistlər bizim konsulluğumuza hücum etdilər və bu isə torpağımıza hücum deməkdir,",- Xamənei bildirib.

Qeyd edək ki, aprelin 1-də İsrail Dəməşqdə İranın diplomatik nümayəndəliyinə yaxın binaya hava zərbəsi endirib.

Nəticədəbiri Məhəmmədrza Zahedi olmaqla 2 general və 5 yüksək rütbəli SEPAH zabiti öldürülüb.

İran tərəfi zərbə endirilən binanın konsulluq olduğunu iddia edib, İsrail binanın konsulluq olmadığını və SEPAH-ın Qüds qüvvələrinin istifadə etdiyi qərargah olduğunu bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar