SON XƏBƏRLƏR

İran XİN başçısı britaniyalı həmkarı ilə danışıb

2024.04.12, 10:36
İran XİN başçısı britaniyalı həmkarı ilə danışıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron  arasında telefon danışığı olub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Telefon danışığı zamanı Abdullahiyan Tehranın bölgədə münaqişənin genişlənməsini istəmədiyini deyib.

O, İsrailin hücumu, ABŞ və Böyük Britaniyanın buna qarşı susmasından gileylənib, bunun Netanyahunu müharibəni genişləndirməyə təşviq etdiyini iddia edib.

Britaniyalı nazir isə qeyd edib ki, tərəflərin təmkinli olmaması regionda münaqişələrin daha da yayılmasına səbəb ola bilər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar