SON XƏBƏRLƏR

Pakistan İrana bağlı silahlı qruplaşmanı terror təşkilatı elan etdi

2024.04.12, 11:09
Pakistan İrana bağlı silahlı qruplaşmanı terror təşkilatı elan etdi

İslamabad İrana bağlı radikal şiyələrdən ibarət silahlı "Zeynəbiyyun" qruplaşmasını terrorçu təşkilatı elan edib.

Gunaz.tv

Pakistan mediasının yazdığına görə, ölkənin əmin-amanlığını və təhlükəsizliyini pozan təşkilat olduğu üçün "Zeynəbiyyun"un fəaliyyəti qadağan edilib.

Zainbyoun, Bəşər Əsəd hökumətinə hərbi dəstək vermək üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən yaradılan Pakistan şiələrindənibarət qrupdur.

Bu qrup, əfqan şiələrindən ibarət başqa bir proksi qrup olan "Fatemiyyun ilə birlikdə son illər Bəşər Əsədin əleyhdarları ilə hərbi qarşıdurmada olub. 

Pakistan hakimiyyəti yanvarın 21-də xarici ölkə tərəfindən təlim keçmiş terrorçunu həbs etdiklərini bildirmişdi.

Pakistan rəsmiləri o zaman bildiriblər ki, həmin şəxs qonşu ölkə tərəfindən dəstəklənib və onu "Zeynəbiyyun" ilə əlaqəlidir.

İran hökuməti eyni halda adı çəkilən iki qanunsuz və silahl terror təşkilatının xidmətlərindən ölkə daxilindəki repressiyalarda da istifadə edir.

Qeyd edək i, Donald Trampın prezidentliyi dövründə, 2017-ci ilin yanvarında ABŞ Maliyyə Nazirliyi "Fatemiyyun" və "Zeynəbiyyun" qruplaşmalarına qarşı sanksiya tətbiq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar