SON XƏBƏRLƏR

KİV: Rusiyanın Ukraynadakı hərbi aktivliyini daha çox Çin dəstəkləyir

2024.04.13, 12:27
KİV: Rusiyanın Ukraynadakı hərbi aktivliyini daha çox Çin dəstəkləyir

Rusiyanın Ukraynadakı hərbi aktivliyini daha çox Çin dəstəkləyir.

Gunaz.tv

Bu barədə “Reuters“ə ABŞ-dakı hərbi mənbələrdən məlumat verilib.

Bildirilib ki, rəsmi Pekin Rusiya tərəfinə daha çox pilotsuz uçuş aparatları və raket texnologiyaları ilə dəstəkləyir. O da qeyd olunur ki, əldə olunan məlumatları peyk vasitəsilə əldə olunan fotoşəkillər də təsdiqləyir.

Pentaqon faktlarla bağlı Çinin ABŞ-dəki Səfirliyinə də sorğu göndərilsə də, diplomatik nümayəndəlik bu məlumatları təkzib edib.

ABŞ prezidenti Co Bayden Çin sədri Si Cinpinlə telefon danışığında da bu məsələni qaldırıb. Ağ Ev rəhbəri onu da deyib ki, kəşfiyyat məlumatları təkzibolunmaz faktlara əsaslanır.

Faktlar isə ondan ibarətdir ki, təkcə 2023-cü il ərzində Rusiyaya Çindən idxal olunan məhsulların əksəriyyəti hərbi təyinatlı olub. Onların arasında raket, tank, zirehli maşın, qırıcıların istehsalında istifadə olunan komponentlər, o cümlədən qırıcı raketlər üçün nəzərdə tutulan mühərriklər üstünlük təşkil edib.

Əsas idxalçılar arasında “Sensor Technology Co”, “Wuhan Global, Wuhan Tongsheng Technology Co Ltd”, eləcə də hərbiləşdirilmiş “Hikvision (002415.SZ)” hərbi təyinatlı müəssisəsinin adı çəkilir.

ABŞ Kəşfiyyatının məlumatlarına əsasən, Çin Rusiyanı peykin, eləcə də digər Kosmik avadanlıqların texniki istismarı üçün zəruri olan vasitələrlə təmin edir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar