SON XƏBƏRLƏR

Avropa Birliyi İranın İsrailə hücumunu pislədi

2024.04.14, 22:00
Avropa Birliyi İranın İsrailə hücumunu pislədi

Avropa Birliyinin İranın İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücumunu qəti şəkildə pisləyir.

Gunaz.tv

Bu barədə Aİ-nin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, bu, görünməmiş eskalasiya və regional təhlükəsizliyə təhdiddir:

"AB İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyir. Bölgədəki son dərəcə gərgin vəziyyətdə eskalasiya heç kimin marağında ola bilməz. Biz bütün tərəfləri maksimum təmkinli olmağa çağırırıq. AB gərginliyin azaldılması və təhlükəsizliyə tam sadiq qalır, bu məqsədlə bütün tərəflərlə sıx əlaqə saxlayır".

Məsələ ilə bağlı Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri aprelin 16-da videokonfrans vasitəsilə növbədənkənar görüş keçirəcəklər.

Bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell özünün “X”də məlumat paylaşıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar