SON XƏBƏRLƏR

SEPAH sosial media fəallarını təhdid edir

2024.04.15, 11:25
SEPAH sosial media fəallarını təhdid edir

İranın İsrailə raket və PUA hücumlarının uğursuzluğu ilə bağlı sosial mediada yayılan məlumat və görüntülərdən sonra SEPAH sosial media fəallarını təhdid edib.

Gunaz.tv

Bu barədə SEPAH-a bağlı mediada məlumat yayılıb.

Bildirilib ki, media və sosial mediada İsrailin xeyrinə istənilən məlumat və paylaşım edənlər sərt cəzalandırılacaq.

Bəyanatda iranlılardan bu qəbildən olan sosial media kanalları və şəxslər barədə bəyanatda qeyd olunan mərkəzin elektron poçtuna məlumat vermələri istənilib.

Bəyanat, İranın İsrailə raket və PUA hücumlarının uğursuzluğu ilə bağlı iranlı internet istifadəçilərinin çoxsaylı paylaşımlarında sonra verilib.

Qeyd edək ki, müstəqil və müxalif media nümayəndələri, siyasətçilər və ekspertlət Tehran rejiminin İsrailə hücumunun yalnız büdcə israfı olduğunu bildirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar