SON XƏBƏRLƏR

İran hücumunu öncədən razılaşdırıb

2024.04.15, 17:48
İran hücumunu öncədən razılaşdırıb

Vaşinqton və Tehranın artıq on illərdir ki, diplomatik əlaqələri yoxdur. Lakin İranın İsarilə hücumundan əvvəl onların “İsveçrə kanalı” vasiqəsilə əlaqə qurduqları iddia olunur.

Gunaz.tv

Bununla bağlı Fransız “AFP” xəbər agentliyi məlumat paylaşıb.

İsveçrə İranda ABŞ-ın maraqlarını təmsil edir və gərginliyin artdığı vaxtlarda onun vasitəçi rolu daha da əhəmiyyət kəsb edir.

İsveçrənin Xarici İşlər Nazirliyi bazar ertəsi İranın həftə sonu İsrailə hücumu ilə bağlı ölkənin hansı addımlar atdığını açıqlamaqdan imtina edib.
Lakin ABŞ və İran rəsmiləri İsveçrənin vasitəçi kimi oynadığı mühüm rola işarə ediblər.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri dövlət televiziyasına iddia edib ki, “biz İsveçrə səfirliyi vasitəsilə Amerikaya mesaj göndərmişik ki, Amerika İsraillə əməkdaşlığa davam edərsə, onların bazaları təhlükəsiz olmayacaq”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar