SON XƏBƏRLƏR

“İsrailə həmlədə ballistik raketlərin yarısı atılandan sonra sıradan çıxıb”- ABŞ rəsmiləri

2024.04.16, 12:09
“İsrailə həmlədə ballistik raketlərin yarısı atılandan sonra sıradan çıxıb”- ABŞ rəsmiləri

NBC Nyuz Amerika rəsmisinin sözlərinə istinadə İranın İsrailə atəş etdiyi raketlərin yarısının texniki qüsurlar səbəbindən yolda sıradan çıxdığını və hədəfə çatmadığını bildirib.

Gunaz.tv

Xəbər televiziyasının yazdığına istinadən onlar atılarkən texniki qüsurlar səbəbindən dərhal yerə düşüb, havaya qalxa bilməyib və yaxud uçarkən sıradan çıxıblar. 

Qalan raketlərin böyük qisimi isə İsrail tərəfindən vurulub. Müttəfiq öləklər də bir neçə raketi vuraraq düşürüb.

“İranın raketlərindən cəmi 9-u İsrailin 2 hava bazasına dəyib. Lakin törətdiyi xəsarətlər çox az olub” - deyə adı qeyd olunmayan ABŞ rəsmisi açıqlayıb.

Həmçinin, digər mənbələrin xəbərlərinə əsasən SEPAH-ın İsrailə atdığı raketlərin döyüş başlıqları olmayıb.   

Əlhədəs televiziyası nasazlıq səbəbindən yerə düşmüş bir raketin qalıqlarının görüntüsünü yayaraq bildirib:

“Araşdırmalara istinadən İranın atdığı raketlər döyüş başlıqları və partlayıcı maddələrə malik olmayıb”. Məlumata əsasən həmin raket İordaniya ərazisinə düşüb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar