SON XƏBƏRLƏR

Kərim Fəyyazi yol qəzası nəticəsində həyatını itirib

2024.04.18, 11:53
Kərim Fəyyazi yol qəzası nəticəsində həyatını itirib

Güney Azərbaycanın Məlikkəndi (indiki Məlikan) şəhər sakini milli aktivist Kərim Fəyyazi Ərədbil Əyaləti Heyran gədiyində qəza nəticəsində dünyasını dəyişib

Gunaz.tv

23 sərnişinlə Təbrizdən Rəşt şəhərinə gedən avtobus 15 aprel tarixində Ərdəbil-Astara yolunun Heyran gədiyində aşaraq dərəyə düşüb. Qəzada 5 sərnişin yerindəcə ölüb, 18 nəfərin yaralandığı bildirilir. 

Güneyin hüquqlarının bərpası uğrunda fəaliyyət göstərmiş milli aktivist Kərim Fəyyazi mədəni-siyasi fəaliyyətlərinə görə İranın təhlükəsizlik məmurları tərəfindən dəfələrlə saxlanılıb həbs olunmuşdur. 

Xatırladaq ki, Güney Azərbaycanın  yollarının təhlükəsizlik əmsalı aşağı olduğuna, həmçinin İran istehsalı nəqliyytat vasitələrinin beynəlxalq standartlara cavab vermədiyinə görə bölgədə yol qazalarının sayı yüksəkdir. 

Ərdəbil Əyaləti yol polisi rəsmisinin bildirməsinə istinadən əyalətin  şimal yollarının yaşı 50 ili ötdüyünə görə təhlükəli hesab olunur.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar