SON XƏBƏRLƏR

Rəisi İsarilin hücumu ilə bağlı açıqlama verməkdən qorxdu

2024.04.19, 16:40
Rəisi İsarilin hücumu ilə bağlı açıqlama verməkdən qorxdu

İran prezidenti Tehranın İsrailə hücumunu alqışlayıb, İsrailin İsfahana zərbə endirmə məsələsinə isə toxunmayıb.

Gunaz.tv

İran prezidenti İbrahim Rəisi Tehranın təxminən bir həftə əvvəl İsrailə cavab hücumunu bir daha alqışladı, lakin bir neçə saat əvvəl ölkəsinin mərkəzi bölgəsində eşidilən partlayışları səslərinə isə toxunmadı.

Rəisi Tehranın şərqindəki Semnan əyalətində yüzlərlə insan qarşısında deyib ki, bu əməliyyat “bizim xalqımızın polad iradəsini və birliyimizi göstərdi”.

Çıxışda o, bu gün baş partlayışlar haqqında bir kəlmə belə danışmır və bununla yanaşı heç bir İran rəsmisi də reaksiya vermir.

Tehran rejiminin mediası partlayışların bu gün səhər tezdən mərkəzi İsfahan əyalətində səsləndiyini bildirir.

 

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar