SON XƏBƏRLƏR

"Polis yaylığı olmayan qadını güc tətbiq edib patrul maşınına mindirməyə haqqı yoxdur"- hüquqşünas

2024.04.20, 13:33
"Polis yaylığı olmayan qadını güc tətbiq edib patrul maşınına mindirməyə haqqı yoxdur"- hüquqşünas

İranlı hüquqşünas İslami Cəza Qanunun müvafiq maddəsinə əsasən polisin yaylıq örtməmiş və hicaba riayət etməyən qadını saxlamaq, güc tətbiq edib aparılmasına haqqı olmadığını deyib.

Gunaz.tv

Məhəmməd Hadı Cəfəri “müəyyən edilmiş azadlıqları məhdudlaşdırmaq qadağandır” başlığı ilə yazısında fərdi azadlıqlar barədə danışıb.

“İslamda- La İkrahə Fiddin deyilir, yəni dində məcburiyyət yoxdur. Bu əsasla hər bir insan öz ideyaları və məqsədlərini seçməkdə azaddır” Cəfəri deyib.

Hüquq mütəxəssisi əlavə edib: “Müasir dünyada müəyyən edilmiş fərdi azadlıqlar 4 kateqoriyadan ibarət olmaqla fərdi hərəkət, düşüncə azadlığı, iqtisadi və sosial azadlıqlardan ibarətdir”.

Cəfəri həmçinin vurğulayıb: “polis hicaba riayət eməyənlər barədə ancaq məhkəmə orqanına raport verə bilər. 

Onun çağırılması qərarı çıxrılarsa polis çağırışı həmin şəxsə göndərir və şəxs özünü məhkəməyə təqdim edir. 

Xalqın hüququnu məhdudlaşdırmaq qınanılmalı və şəriət qaydalarına zidd olduğu elan olunmalıdır”

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar