SON XƏBƏRLƏR

Rəisinin açıqlaması pakistanlıların etirazına səbəb olub

2024.04.22, 11:45
Rəisinin açıqlaması pakistanlıların etirazına səbəb olub

İran prezidenti İbrahim Rəisinin İslamabada səfər qabağı hava limanında verdiyi açıqlama pakistanlıların etirazları ilə qarşılaşıb.

Gunaz.tv

Bu barədə pakistanlı sosial media fəalları məluamt yayıb.

Onlar bu gün səhər saatlarında İslamabada iki günlük rəsmi səfərə gedən İran prezidenti İbrahim Rəisiyə qarşı etiraz aksiyaları keçirəcəklərini bildiriblər.

Buna İran prezidentinin pakistanlıların İrana sadiq olduqları barədə səsləndirdiyi fikirlər səbəb olub.
 
"Pakistan xalqı mömin və dindardır, onlar inqilabın, Xomeyni və Xamneyinin dəyərlərinə sədaqətlidir və dəfələrlə İrana sədaqətlərini sübut ediblər",- Rəisi iddia edib.

Pakistanlı sosial media fəalları Rəsinin bu iddialarının həqiqəti əks etdirmədiyini və bunun Pakistanın daxili işlərinə müdaxilə olduğunu bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar