SON XƏBƏRLƏR

Xamenei etiraf etdi: Uğursuz olduq!

2024.04.22, 12:46
Xamenei etiraf etdi: Uğursuz olduq!

Əli Xamenei Tehranın İsrailə pilotsuz təyyarə və raket hücumunun nəticəsinin müzakirə edilməsini rədd etdi. O etiraf etdi ki, böyük bir hücuma baxmayaraq, sadəcə bir neçə mərmi hədəfə çata bildi.

Gunaz.tv

Əli Xameneinin yüksək rütbəli hərbi liderlər qarşısındakı çıxışı zamanı, hava hücumundan müdafiə sistemlərinin işə düşməsinə baxmayaraq, cümə günü İsrailin İsfahan şəhərinə cavab zərbəsinə toxunmayıb.

Analitiklər hesab edirlər ki, Qəzza zolağında İsrail-Həmas müharibəsinin qızışdığı bir vaxtda İran və İsrail aralarındakı silsilə hücumlardan sonra gərginliyi aradan qaldırmağa çalışırlar.

85 yaşlı Xamenei hücumla bağlı açıqlamanı İranın şiə teokratiyasında güclü qüvvə olan nizami hərbi, polis və yarımhərbiləşdirilmiş İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəlilərinin iştirak etdiyi toplantı zamanı səsləndirib.

“Neçə raketin atıldığı, onlardan neçəsinin hədəfi vurduğu və neçəsinin vurmadığı ilə bağlı müzakirələri əhəmiyyət kəsb etmir”, - Xamenei dövlət televiziyası tərəfindən yayımlanan çıxışında deyib.

 

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar