SON XƏBƏRLƏR

Güneyli aktivistin mühakimə prosesi keçirilib

2024.04.23, 10:54
Güneyli aktivistin mühakimə prosesi keçirilib

Güney Azərbaycan milli hərəkatının aktivisti yazıçı Səid Minayinin aprelin 21-də mühakimə olunub.

Gunaz.tv

Mühakimə prosesi Tehran şəhəri Evin Həbsxanası Prokurorluğunun Beşinci İstintaq Şöbəsində aparılmaqla aktivistə qarşı “milli təhülkəsziliyi pozmaq mqəsədi ilə əlbir olma və toplaşma” ittihamı elan olunub.

Mühakimə zamanı Səid Minayiyə 5 dəqiqə ərzində özünü elan olunmuş ittihama qarşı sonuncu dəfə müdafi vaxtı verib. 

Lakin İranın konstitusiya qanunu 168 maddəsinə əsasən siyasi motivlər üzrə ittiham olunanların məhühakimə prosesi açıq və münsiflər heyətindən ibarət keçirilməlidir. 

Həmçinin müttəhim müdafiə vəkili ilə təmin olunma hüququna malik olmaqla özünü müdafiə üçün yetərli vaxt verilmıəlidir. 

Lakin bu hüquqların heç birinə riayət olunmayaraq mühakimə ədalətli keçirilməyib.

Minayi Binev (hazırkı Binab) şəhəri sakinidir və 2024-cü ilin  fevralında saxlanılıb. 

Həmin ilin mart ayının 13-ü, zəmanət qismində 700 milyon tümən dəyərində mülk sənədi qoyuluşu ilə açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər müvəqqəti azad olunmuşdur.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar