SON XƏBƏRLƏR

“İdmançılara dəyər verilmir” - iranlı qapıçı

2024.04.23, 15:50
“İdmançılara dəyər verilmir” - iranlı qapıçı

Türkiyənin Beşiktaş Qadın Fotbol Komandasının iranlı qapıçısı ölkəsində idmançılara dəyər verilmədiyinə görə milli komandadan istefa verdiyini açıqlayıb.

Gunaz.tv

“Öz istəyimlə milli komandadan istifa verdim. İranda bir milli komanda oyunçusuna və yaxud bir idmançıya verilməli olan dəyəri göstərmədilər. 

Ona görə də qalıb təəssüflənməkdənsə komandadan çıxmaq qərarına gəldim” deyə Məryəm Yektayi deyib.

Yektayi “Etimad” qəzeti ilə müsahibəsinin davamında açıqlayıb: “İranın milli komandası üçün xeyli zəhmətlər çəkib töhfələr vermişəm. 

Lakin qədrimi bilmədilər. Ümid edirəm ki, bir gün gələr ölkəmin milli komandasının qızlarına xidmət gösətərə və faydalı ola bilərəm. 

İranda futbol yarışlarında qadınların dəstəklənməsini əsla görməmişəm. Qadın oyunçulara əsla dəstək göstərilməyib”. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar