SON XƏBƏRLƏR

Husilər Britanyaya məxsus neft tankerini vurdu

2024.04.27, 12:00
Husilər Britanyaya məxsus neft tankerini vurdu

Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə edilən son hücumu Husi üsyançıları öz üzərinə götürüb. Yəmən sahillərində hərəkətdə olan gəmi iki raket zərbəsi nəticəsində zədələnib.

Gunaz.tv

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Təhlükəsizlik Agentliyi (UKMTO) hücumun Yəmənin Moka limanının cənub-qərbində törədildiyini bildirib.

“UKMTO” X platformasında qeyd edib ki, ilk partlayış gəmiyə yaxın ərazidə baş verib və onu göyərtədəki ekipaj hiss edib.

"Gəmiyə edilən ikinci hücum iki raketdən ibarət idi və nəticədə gəmiyə ciddi ziyan dəyib."

Bir neçə saat əvvəl Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey” də Moka limanı yaxınlığında hücum barədə məlumat vermişdi.

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar