SON XƏBƏRLƏR

Vərziğanda ekoloji problem - Zəhərli tullantılar çaya buraxılır

2024.04.29, 12:54
Vərziğanda ekoloji problem - Zəhərli tullantılar çaya buraxılır

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində ekoloji problem davam edir və "Süngün" mis mədəninin zəhərli tullantıları İlqına çaya buraxılır.

Gunaz.tv

Bu barədə yerli ekofəallar məlumat yayıb.

Onlar bölgə təbiətinin bundan artıq ekoloji problemə dözə bilmədiyini, ekoloji fəlakətin miqyasının genişləndiyini yazıblar.

"Mis mədənlərinin ekoloji məsələlərə və standart qaydalara əməl etməməsi, ərazidəki mədənlərin istismar səviyyəsinin genişlənməsi Qaradağ meşələrinin daha çox məhv olmasına və vəhşi təbiətin daha ciddi problemlərlə üzləşməsinə səbəb olur",- ekofəallar bildiriblər.

Fəallar İlqına çayın tullantılar nəticəsində rənginin dəyişdiyini deyib, ətraf kəndlərin əkin sahələrinin zərər gördüyü barədə məlumatlar yayıblar.

Ilqına çayı mədən tullantılarının buraxılması ilə əlaqədar əvvəllər də rəngini dəyişmişdi. İllərdir Qaradağda mis, qızıl, niflinsinet mədənlərinin qeyri-standard fəaliyyəti bir çox heyvanın ölümü ilə nəticələnib.

Sözügedən mədənlərin tullantıları nəzarətsiz şəkildə təbiətə buraxıldığı üçün yeraltı və yerüstü su qaynaqlarını çirkləndirib.

Şərqi Azərbaycan valisinin əkinçilik araşdırma mərkəzinin rəisi, tanınmış ekoloq Əhməd Baybordi Qaradağda mədən fəaliyyətləri barədə verdiyi müsahibəsində çevrə çirkliliyinin qorxulu səviyyəyə çatdığını deyib.

“Mədənlərin standartlara uyğun olmadan istismar edilməsi bölgənin əkinçiliyinə ölümcül zərərlər verib.

Xüsusən Əndəriyan mədəni ətrafdakı su qaynaqlarını ciddi dərəcədə zəhərliyib”, – deyə, Baybordi açıqlama verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar