SON XƏBƏRLƏR

İranlı mədəniyyət və irşad naziri Azərbaycana gəlir

2024.04.29, 13:29
İranlı mədəniyyət və irşad naziri Azərbaycana gəlir

İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.

Gunaz.tv

O, mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq.

“Mən bu həftə keçiriləcək regional sammitdə iştirak etmək üçün tezliklə Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edəcəyəm”, - nazir bildirib.

Məhəmməd Mehdi İsmaili səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirməklə yanaşı, qarşılıqlı mədəni əlaqə və əməkdaşlıq səviyyəsini artırmağa çalışacaqlarını da söyləyib.

İranlı nazir Azərbaycan dili və mədəniyyəti, həmçinin fərqli düşünən sənət adamları ilə bağlı mənfi çıxışları ilə tanınır.

O, sənət adamlarına qarşı repressiyalara ən çox bəraət qazandıran məmurlardan biridir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar