SON XƏBƏRLƏR

İrana bağlı cəmiyyət hakimiyyətin sanksiyaları aşmasına köməklik edir

2024.04.29, 14:03
İrana bağlı cəmiyyət hakimiyyətin sanksiyaları aşmasına köməklik edir

Almaniyanın Bild qəzeti Düsseldorf şəhərində qeydiyyata alınmış İrana bağlı “Məpna Avropa” Cəmiyyətinin sanksiyaları aşmaqda Tehrana köməklik etməsi barədə xəbərdarlıq edib.

Gunaz.tv

Qəzetin bildirdiyinə görə “Məpna Avropa” Cəmiyyəti “İran Məpna” Cəmiyyətinin törəməsidir və sanksiyaları aşmaq üçün İranın şəbəkəsinin bir hissəsi olduğu güman olunur.

Məlumata əsasən İbrahim Rəisi iqtidarının ticarət naziri Abbas Əliabadi xeyli müddət “Məpna Avropa” Cəmiyyətinin icraçı direktoru olub.

Lakin nazir vəzifəsinə təyin ediləndən sonra tutduğu vəzifədən azad olunub.

Bild qəzeti əlavə edib ki, O, hələ də  arxada “Məpna Avropa” Cəmiyyətində fəaliyyətini davam etdirir. Əliabadi SEPAH üzvüdür.

Xatırladaq ki, “Məpna Avropa” İranın ən iri holdiqnqlərindən biri sayılır. Cəmiyyətdə 15 min nəfər çalışır və enerji stansiyaları, neft təsistalarının tikilişi sahəsində fəaliyyət göstərir. 

Cəmiyyətin maliyyə dövriyyəsi ildə 2 milyar avro təşkil edir.

“Məpna İran” isə İranın rəhbəri Əli Xaməneyinin nəzarətində olan Astan Qüds Rzəvi Təşkilatına məxsusdur.

Bild qəzetinin yazdığına əsasən Düsseldorf şəhərində yerləşən “Məpna Avropa” Cəmiyyətinin binası diqqətləri çəkməmək üçün çox sadə quruluşda olmaqla giriş və qalxma yolları qaranlıqdır. 

Qəzet həmçini bildirib ki, cəmiyyətin müdiri fəaliyyətləri barədə sulları cavablandırmaqdan çəkinib.

Analitiklərin fikrincə  İran bu cəmiyyətin vasitəsi ilə sanksiyaalrı aşır və Dubay, Çin və Türkiyədə yerləşən törəmə cəmiyyətləri ilə şübhəli alış-verişlər həyata keçirir.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar