SON XƏBƏRLƏR

İran sosial mediasında HƏMAS-a görə Əkrəm İmamoğluna hücumlar edilir

2024.04.29, 15:49
İran sosial mediasında HƏMAS-a görə Əkrəm İmamoğluna hücumlar edilir

Türkiyənin İstanbul şəhərinin bələdiyyə başçısı Əkrəm İmamoğlunun HƏMAS-ın terror təşkilatı olduğu barədə çıxışı İranın sosial media platformalarında ona qarşı təbliğata yol açıb.

Gunaz.tv

Kampaniya hökumətə, SEPAH-a və dini mərkəzlərə bağlı platformalarda aparılır.

Bu günə kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “Fələstinə xəyanət”də günahlandıran platforma indi də İmamoğlunu hədəf alıb.

Onlar İstanbul merinin "sionizmin dəstəkçisi" olduğunu, müsəlmanlara qarşı "soyqırım"a bəraət qazandırdığını iddia edirlər.

Qeyd edək ki, Əkrəm İmamoğlu CNN telekanalına müsahibəsində HƏMAS-ı terror təşkilatı kimi tanıdığını deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar