SON XƏBƏRLƏR

"BINANCE" müəssisəsinin təsisçisi 4 ayadək həbsə məhkum olunub

2024.05.01, 12:08
"BINANCE" müəssisəsinin təsisçisi 4 ayadək həbsə məhkum olunub

Kriptovalyuta mübadiləsi sahəsində fəaliyyət göstərən müəssisənin təsisçisi və keçmiş icraçı direktoru Çanq Penq Jao çirkli pulların yuyulması və İran barədə sanksiyaları göz ardına vurmaqda ittiham olunub.

Gunaz.tv

Sietl şəhər məhkəməsinin hakimi Riçard Conz çıxardığı qərar barədə deyib: “Binansın təsisçisi kriptovalyuta məntəqəsinin ikişafı və gəlir əldə etməsini qanunlardan üstün tutmuşdur”.

Açılmış iş üzrə prokurorlar Jao üçün 3 ilədək həbs tələb ediblər. Lakin Jao qanunlara əsasən 4 ayadək həbsə məhkum olunub. 

Onların bildirdiyinə görə indiyə qədər qanunları bu qədər pozan olmayıb. “Binance” müəssisəsi 898 milyon dollar həcmində şübhəli tarnsaksiya əməliyyatı keçirməklə çirkli pulların yuyulması barədə ABŞ qanunlarını göz ardına vurub.

Prokurorlar apardıqları tətdqiqat nəticəsində yüzminlərlə şübhəli transaksiya aşkarlayıblar. 

Onların bir sırası müəssisənin İranın daxilindəki istifadəçilərinin, həmçinin HƏMAS və Əl-Qaidə qruplarının hesabları üzrə əməliyyatlara aid olub. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar