SON XƏBƏRLƏR

Tanınmış baş məşqçi: Azərbaycana görə azərbaycanlılar qərar verməlidir

2024.05.04, 14:04
Tanınmış baş məşqçi: Azərbaycana görə azərbaycanlılar qərar verməlidir

Tanınmış ulduz fotbolçu, baş məşqçi Rəsul Xətibi Tehranın Azərbaycan və azərbaycanlılar üçün qərara verməməli olduğunu deyib.

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

"Azərbaycanımız üçün paytaxtda oturanlar deyil azərbaycanlılar qərar verməlidir, arxayın olun ki, belə olmadığı müddətcə heç bir inkişaf və irəliləyiş olmayacaq, qeyrət və təssübdən danışırıq, ancaq yadlara pərəstiş edirik" ,- Xətibi yazıb.

Təbrizli idmançının bu paylaşımı güney azərbaycanlı sosial media istifadəçiləri arasında geniş yayılıb, minlər dəfə paylanılıb və ona dəstək verilib.

Azərbaycanlı ulduzun paylaşımı isə fars və darspərəst iastifadəçilərin qəzəbi ilə qarşılaşıb.

Qeyd edək ki, 1978-ci ildə Təbrizdə anadan olan Rəsul Xətibi "Traxtur" komandasında oynayıb, komandanın baş məşqçisi olub.

O, eyni halda bir neçə xarici ölkə klublarında, o cümlədən Hamburq, Əl-Şarcə, Əl-İmarat və b. çıxış edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar