SON XƏBƏRLƏR

Konqres: Ukrayna müharibədə məğlub olarsa, ABŞ qoşunları göndərilə bilər

2024.05.06, 10:49
Konqres: Ukrayna müharibədə məğlub olarsa, ABŞ qoşunları göndərilə bilər

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, ABŞ münaqişə ocağına qoşun da yeridə bilər.

Gunaz.tv

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Cefris CBS telekanalına müsahibəsində deyib.

“Biz Ukraynanın çökməsinə imkan verə bilmərik. Bu baş verərsə, bizim münaqişəyə təkcə pulla deyil, həm də qoşunlarımızla qarışmaq şansımız var”, - o bildirib.

Cefris eyni zamanda, Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında Respublikaçılar Partiyasını günahlandırıb.

O iddia edir ki, partiyada rusiyayönlü fraksiya güclənib.

Xatırladaq ki, Amerika administrasiyası dəfələrlə bildirib ki, ABŞ Ukraynada qoşun yerləşdirmək niyyətində deyil.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar