SON XƏBƏRLƏR

Güneyli məhbus həbsxanada çəkdiyi rəsimlərin sərgiləməsindən sonra hədələnib

2024.05.06, 11:13
Güneyli məhbus həbsxanada çəkdiyi rəsimlərin sərgiləməsindən sonra hədələnib

“Abba Lisani” xəbər portalının məlumatına istinadən Güney Azərbaycan milli hərəkatının aktivisti Mütərza Pərvin mayın 1-də həbsxanda çəkdiyi rəsimləri sərgiləyib.

Gunaz.tv

Aktivist mayın 5-də ailəsi ilə apardığı qısa danışıqda çəkdiyi rəsimlərə görə Evin Həbsxanasının Mühafizə Şöbəsinə aparıldığı və istintaqa cəlb olunaraq məmurlar tərəfindən hədələndiyini bildirib.

Müstəntiq onu belə hərəkətlər davam edərsə əleyhində yeni iş açılacağı ilə hədələyib. 

“Abbas Lisani” xəbər portalı həmçinin bildirib ki, aktivistin Tehran şəhəri Evin Həbsxanasının 4-cü Palatasında “Ağ Ləkə” adı ilə sərghilədiyi rəsimlər digər məhbuslar tərəfindən alqışlanıb. 

Onun 1 may fəhlələr və müəllimlər günü münasibəti ilə, həmçinin icbari hicaba qarşı çəkdiyi rəsmilər Tehran şəhəri Avtobus Nəqliyyatı Cəmiyyətinin işçiləri sindiaktının Teleqram kanalında və digər sosial şəbəkələrdə paylaşılıb.

Mürtəza Pərvin 3 aydır həbsdə saxlanılır və bel onurğasında yırtıq xəstəliyinə görə əziyyət çəkir. Ona hələ də müalicə xidmətləri alamsına icazə verilmir. 

Həmçinin həbsdə olduğu müddətdə vəkillə təmin hüququndan məhrum qalıb və barəsində tədqiqatın bitirilməsinə qədər qanun olarq mülk sənədi qoyuluşu ilə müvəqqəti azad olunmasına icazə verilmir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar