SON XƏBƏRLƏR

Muğanda tarixi qala məhv olmaq üzrədir

2024.05.08, 11:49
Muğanda tarixi qala məhv olmaq üzrədir

Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazisində qanunsuz tikinti işlərinin aparılması abidənin tamamilə yox olmaq təhlükəsini artırıb.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ərdəbil əyalətinin Mədəni İrs İdarəsinə edilən müraciətlər cavabsız qalıb.

"Müraciətlərə cavab verilməməsini və etirazlara məhəl qoyulmadığını nəzərə alanda tikinti işlərinin Mədəni İrs İdarəsinin razılığı ilə həyata keçirlidiyi barədə şübhələr güclənir",- deyə fəallar yazıblar.

Qeyd edək ki, Ultan qalası Muğan düzündə, Araz çayının güney sahilində, Ərdəbil əyalətinin Ultan kəndindən günbatarda, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir. 

Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub 33 hektar sahəni əhatə edir.

Bir sıra tədqiqatçılar Ultan qalasının Parfiyalılar, bəziləri isə Sasanilər dövründə inşa edildiyini ehtimal edirlər.

Qala Nadir şahın hakimiyyəti dövrünə kimi qorunub saxlanmış, ancaq sonralar ruslarla aparılan müharibələr nəticəsində dağılaraq xarabalığa çevrilmişdir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar