Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Əli Xaməneinin müşaviri Kamal Xərrazinin ölkəsinin nüvə doktrinasını dəyişə biləcəyi ilə bağlı çıxışına cavab olaraq deyib.
Xaməneinin müşavirinin bəyanatını məsuliyyətsiz adlandıran Miller, Vaşinqtonun problemi diplomatiya yolu ilə həll etməkdə maraqlı olduğunu söyləyib.
"İslam Respublikasının liderlərinin bütün dünyada fəaliyyətinin intensivləşməsini, o cümlədən Atom üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməmələrini nəzərə alsaq, biz indi diplomatiyadan uzağıq”,- Dövlət Departamentinin sözçüsü bildirib.
Qeyd edək ki, Qətərin “Əl-Cəzirə” telekanalına müsahibə verən Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Kamal Xarazi, İranın nüvə silahı əldə etmək gücünə malik olduğunu deyib və İsrailin İrandakı nüvə obyektlərinə hərbi hücumu ehtimalına işarə edərək, İslam Respublikasının mövcudluğuna təhlükə yaranarsa, Tehranın nüvə doktrinası barədə qərarını dəyişəcəyini deyib.
GünazTV