SON XƏBƏRLƏR

"Artıq insanlar hətta aşağı vəzifəli rəsmilərə qarşı şikayət etməkdən qorxur" - məclis deputatı

2024.05.10, 15:12
"Artıq insanlar hətta aşağı vəzifəli rəsmilərə qarşı şikayət etməkdən qorxur" - məclis deputatı

Təbriz şəhərinin İran İslami Şura Məclisində deputatı Məsud Pezişkian ölkədə rəsmilərdən qorxu və çəkimə atmosferasının hakim olduğunu deyib. 

Gunaz.tv

“Hal-hazırda elə bir vəziyyət yaranıb ki, artıq kimsə haqqını almaq üçün hətta aşağı vəzifəli rəsmilərə qarşı şikayət etməkdən belə çəkinir. 

Şikayətçinin iddiası doğru olduğu bir halda yenə ona qulaqburması verirlər” Pezişkian “Etimad” qəzeti ilə müsahibəsində deyib.

 Pezişkian həmçinin ölkədə məcburi namaz və hicaba qaydaları barədə fikir bildirib.

“Güc tətbiq etməklə kütləni namaz qılan etmək və başına hicab örtdürmək olmaz. 45 ildir xalq hicab örtməyə məcbur edilir, lakin bu mümkün olmayıb. İndi güc tətbiq etmə və hüquqlardan məhrum etmə metodları ilə də mümkün olmaycaq. ” - deyə Pezişkian vurğulayıb.

Deputat həmçinin xalqın hökumətə qaraşı tələbkar olmasını müsbət qiymətləndirib: “xalq tələbkar olduqda hakimiyyəti və rəsmiləri cızığından çıxmağa qoymaz”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar