SON XƏBƏRLƏR

Din xadimi İranda sünnilərə qarşı repressiyaları pislədi

2024.05.11, 14:34
Din xadimi İranda sünnilərə qarşı repressiyaları pislədi

Təhlükəsizlik və başqa dövlət qurumları sünnilərə zülm edir, onlara qarşı cinayət işi açır və onlarla istədikləri kimi davranırlar.

Gunaz.tv

Bu sözləri sünni din xadimi Möləvi Əbdülhəmid deyib.

O, mayın 10-da cümə namazı çıxışında sünnilərə və başqa vətəndaşlara qarşı olan zülmü pisləyib.

cümə imamı vətəndaşların əmlaklarının müsadirə edilməsini, uzun müddətli həbslərə və edam cəzalarına məhkum edilmələrini qanuna zidd adlandırıb, bu işlərdə əli olanların dinsiz və imansız olduqlarını deyib.

O, bununla yanaşı Sistan və Bəlucistan əyalətində, həmçinin başqa bölgələrdə insanların yoxsulluq səbəbindən müalicə oluna bilmədiklərinə görə həyatlarını itirdiklərini söyləyib.

Sünni din xadimi xəstəxanalarda müalicə olunan xəstələrin maddi imkansızlıq ucbatından girov kimi saxlanıldıqlarına diqqət çəkib, bunu xalqa zülmün və vətəndaşlara qarşı laqeydliyin təzahürü hesab edib.

Qeyd edək ki, İran əhalisinin təxminən 10 faizini təşkil edən sünni müsəlmanlar həmişə sistemli ayrı-seçkilik və təzyiqlərə məruz qaldıqları üçün, ölkədə ikinci dərəcəli vətəndaş durumuna düşüblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar