SON XƏBƏRLƏR

Amerika İrana xəbərdarlıq etdi: HUSİLƏRİ silahlandırmayın!

2024.05.14, 14:02
Amerika İrana xəbərdarlıq etdi: HUSİLƏRİ silahlandırmayın!

Günaz.tv "Voice of America"-ya istinadən xəbər verir ki, Birləşmiş Ştatlar bazar ertəsi İranı Yəməndəki Husi terrorçularına silah yardımını dayandırmağa çağırıb. İranın silah yardımları Husi terrorçularına Qırmızı dənizdə gəmilərə hücumlar həyata keçirməyə imkan verib.

Gunaz.tv

ABŞ səfirinin müavini Robert Vud BMT Təhlükəsizlik Şurasına deyib ki, əgər BMT Yəməndəki vətəndaş müharibəsinin sona çatmasını istəyirsə, kollektiv şəkildə İranı sabitliyi pozan rolunu dayandırmağı açıq şəkildə çağırış etməlidir. İran Husilərin arxasında gizlənə bilməyəcəyini anlamalıdır.

Onun sözlərinə görə, İran BMT sanksiyalarını pozaraq husilərə qabaqcıl silahlar, o cümlədən ballistik və qanadlı raketlər təqdim etdiyinə dair geniş sübutlar var.

"BMT İranın silah embarqo pozuntularının qarşısını almaq üçün nəzarət tətbiqini gücləndirməli. Eyni zamanda sanksiyaları pozanların qarşısını almaq üçün daha çox səy göstərməlidir" ABŞ səfirinin müavini Robert Vud açıqlaması zamanı vurğuladı.

ABŞ Dəniz Administrasiyası keçən ayın sonlarında bildirib ki, husilər noyabr ayından bəri gəmilərə 50-dən çox hücum təşkil edib, bir gəmini ələ keçirib, bir digərini isə batırıb.

Üsyançılar ABŞ-ın rəhbərlik etdiyi hava hücumunun hədəfinə çevrildiyi üçün terrorçuların hücumları son həftələrdə azalıb. Təhlükə səbəbindən Qırmızı dəniz və Ədən körfəzində gəmiçilik azalıb.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar