SON XƏBƏRLƏR

ABŞ Qırmızı dənizdə Husilərin texnikasını ələ keçirib

2024.05.16, 14:22
ABŞ Qırmızı dənizdə Husilərin texnikasını ələ keçirib

Günaz.tv "The Times of İsrael"-ə istinadən xəbər verir ki, Yəmən husilərinin dünən döyüş gəmisini hədəf aldıqlarını iddia etməsindən sonra ABŞ Mərkəzi Komandanlığı açıqlama verib.

Gunaz.tv

ABŞ Mərkəzi Komandanlığı açıqlamasında ABŞ donanmasının "USS Mason" gəmisinin Qırmızı dəniz üzərindən daxil olan Husilərə məxsus gəmi əleyhinə raketi məhv edib.

Mərkəzi Komandanlıq bildirir ki, ABŞ qüvvələri terrorçulara məxsus iki pilotsuz uçuş aparatını məhv edib.

Dünən husilər İranın dəstəklədiyi qrupun Qəzzada fələstinlilərlə həmrəylik üçün həyata keçirdiyi hücum kampaniyasının bir hissəsi olaraq Qırmızı dənizdə “Destiny” adlı gəmini də hədəf aldıqlarını bildiriblər.

ABŞ rəsmisi "Reuters" agentliyinə bildirib ki, son günlərdə "Destiny"-yə hücuma dair heç bir dəlil yoxdur. "Bizim hesabatımız gəminin və ekipajın təhlükəsiz olduğunu, heç bir problem olmadığını göstərir" ABŞ Mərkəzi Komandanlığı tərəfindən bildirilib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar