SON XƏBƏRLƏR

"Traxtur" komandası seçmə kubokundan kənarda qaldı

2024.05.17, 13:40
"Traxtur" komandası seçmə kubokundan kənarda qaldı

Mayın 16-da Təbrizin "Traxtur" komandası ilə Kirman əyalətinin Rəfsəncan şəhərinin "Misi Rəfsəncan" komandasının növbəti qarşılaşması keçirilib.

Gunaz.tv

Təbrizin "Səhənd" (Yadiqari İmam) stadionunda keçirilən görüş rəqib komandanın 1-0 qələbəsi ilə başa çatıb və bununla da Azərbaycan komandası seçmə kubok oyunlardan kənarlaşdırılıb.

Görüş zamanı Azərbaycan komandasının 6 azərkeşi əsəb gərginliyi keçirdikləri üçün huşlarını itiriblər və ambulanslarla xəstəxanaya köçürülüblər.

"Traxtur" azarkeşləri komandalarının məğlubiyyətini son vaxtlar klubda baş verən yersiz dəyişikliklərlə əlaqələndirib, klub rəhbərliyi əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, uzun illərdir İran çempionatında "Traxtur" komandası ilə bağlı oxşar hadisələr bir neçə dəfə təkrarlanıb.

Azərbaycan komandasının turnir cədvəlində irəlilədiyi və çempionluğa yaxınlaşdığı vaxtlarda komandada dəyişikliklər edilir, baş məşqçi və əsas oyunçular komandadan uzaqlaşdırılır.

İdman ekspertləri və azərbaycanlı azərkeşlər bunun klubda söz sahibi olan SEPAH komandirləri tərəfindən məqsədli şəkildə edildiyini bildirirlər.

GünazTV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar