SON XƏBƏRLƏR

İranda 15 bəhai qadına ağır həbs cəzası verildi

2024.05.18, 12:32
İranda 15 bəhai qadına ağır həbs cəzası verildi

İranın İsfahan şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi islam dininin bəhai təriqətinin 15 xanım nümayəmdəsinin hər birinə 5 il həbs cəzası verib.

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Bununla yanaşı onlar cərimə cəzasına məhkum edilib, həbsdən sonra iki il müddətinə ölkəni tərk etmələrinə qadağa qoyulub.

Bəhailər “İslam Respublikası sisteminə qarşı təbliğat” və “Müqəddəs İslam şəriətinə zidd olan saxta təbliğat və maarifləndirmə işlərində iştirak”da günahlandırılıblar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da İran konstitusiyası bəhai dinini rəsmən tanımır. 

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar