SON XƏBƏRLƏR

Rəisini axtaran xilasedicilər itkin düşdü

2024.05.19, 20:29
Rəisini axtaran xilasedicilər itkin düşdü

İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin axtarışında iştirak edən 3 xilasedici itkin düşüb.

Gunaz.tv

Bu barədə Qızıl Aypara Cəmiyyətinin sözçüsü Babək Mahmudi bildirib.

"Hadisə yerində hava şərayitinin çətin və görüş məsafəsinin az olduğuna görə axtarışda iştirak edən 3 əməkdaşımız itkin düşüb",- o deyib.

Mahmudi İbrahim Rəisini daşıyan helikopterin vəziyyəti ilə bağlı dəqiq nəsə deyə bilmədiklərini söyləyib.

O, təhlükəsizlik qurumlarının yaydıqları məlumatların naqis olduğunu deyib.

"Helikopterin təhlükəsiz olub-olmamasına zəmanət yoxdur",- sözçü bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar