SON XƏBƏRLƏR

700 illik tarixi abidə dağılmaq üzrədir

2024.05.27, 12:19
700 illik tarixi abidə dağılmaq üzrədir

Təbrizdə yerləşən və tarixi əsərlər siyahısında qeydə alınan 700 illik tarixi “Şam Qazan” hamamı baxımsızlıq ucbatından dağılmaq və milli əsərlər siyahısından çıxarılmaq üzrədir.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar məlumat və fotolar yayıblar.

Onlar yerli əhali və mədəni fəalların müraciətlərinə, keçirilən imza kampaniyalarına baxmayaraq, tarixi abidənin bərpası və qorunması ilə bağlı addım atılmadığını yazıblar.

Bundan əvvəl də əlaqədar dövlət qurumlarının tarixi abidənin bərpası ilə bağlı işlər görüləcəyi barədə vədləri özünü doğrultmayıb.

Mədəni İrs, Turizm və Əl işləri Təşkilatı başqa abidələrlə bağlı olduğu kimi “Şam Qazan” hamamının da bərpası üçün vəsait ayrılmadığını bildirib.

Qeyd edək ki, Elxanlılar dövründə tarixi kompleksin içində tikilən hamam Qacarlar dövründə yenidən bərpa olunub və sonralar milli əsərlər siyahısına salınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar